“Jara-2018”: hərarət artır

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində üç gündür davam edən “Jara-2018” Beynəlxalq Musiqi Festivalının konsert proqramları həm iştirakçılara, həm də tamaşaçılara xoş anlar yaşatmaqdadır. 
 
İyulun 28-də festival iştirakçılarının qırmızı xalı üzərində keçidi olub.
MuzTv-nin baş direktoru Arman Davletyarov da övladları ilə birgə xalıdan keçib. 
Xalıdan keçən dünya şöhrətli musiqiçi Brandon Hovard “Jara”nın əvəzinin olmadığını deyib, festivala çoxlu sayda parlaq ulduzun qatıldığını vurğulayıb. 
Yuliya Baranovskaya Bakıda keçirilən bu möhtəşəm festivalda iştirakından məmnunluğunu bildirib. 
Marina Novikova deyib ki, “Jara” çox gözəl festivaldır və burada iştirak etmək onun üçün nailiyyətdir. 
Sergey Kojevnikov “Leninqrad” qrupunun Bakıda ilk dəfə çıxış edəcəyini və bunun onlar üçün mühüm hadisə olacağını qeyd edib. 
Azərbaycanın Xalq artisti Emin ­Ağalarov “Jara-2018”in üçüncü gecəsinin də yaddaqalan olacağını vurğulayıb.      
Qırmızı xalıdan, həmçinin Romadi, Aleks Malinovski, Danil Buranov, Nikolay Rastorquyev, Elvira T., “Cosmos girls” qrupu, ST, Manana, Səmra, İqor Qulyayev, Jasmin, Anjelika Aqurbaş, Qriqori Lepsin Prodüser Mərkəzindən Şarif, festivalın təşkilatçılarından biri olan Sergey Kojevnikov və başqaları keçiblər.
Xalıdan keçən tanınmış müğənnilər “Jara-2018”lə bağlı təəssüratlarının zəngin olduğunu bildirib, Bakının günəşli havasının, Xəzər dənizinin və festivalda ifaların əsl bayram əhval-ruhiyyəsi yaratdığını qeyd edib, azərbaycanlıların qonaqpərvərliyini vurğulayıblar. Onlar, həmçinin festivala böyük həvəslə hazırlaşmalarından, yaradıcılıqlarında olan yeniliklərdən söz açıblar.  
Qırmızı xalının aparıcıları Yana Koşkina və Konstantin Tarasyuk olub.
AZƏRTAC
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında