Kristina Orbakayte: Festivalın təşkilatçıları hər bir detalı yüksək səviyyədə düşünüblər

Bakı hər dəfə fərqli görünüşü, durmadan inkişafı, çiçəklənməsi ilə məni təəccübləndirir. Əfsuslan olsun ki, hələ şəhəri bütünlüklə gəzməyə vaxtım olmayıb. Vaxtımızı hələ ki, məşqlərdə və ləziz yeməklərinizdən dadmaqla keçiririk. 
 
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi və aktrisası Kristina Orbakayte deyib.
“Jara” festivalında Valeriya ilə duet səsləndirəcəyini söyləyən K.Orbakayte bu möhtəşəm musiqi bayramının yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Hər dəfə müğənnilər, şoumenlər, tanınmış ulduzlar bu festivalda iştirak etməyi səbirsizliklə gözləyirlər. Mənim müğənni dostlarım festival üçün məxsusi hazırlaşırlar. Repertuarlarından yeni mahnıları təqdim etməyə çalışırlar. Çox gözəl vəhdət var. Dəniz sahili, isti, bayram əhval-ruhiyyəsi. Festivalın təşkilatçıları hər bir detalı yüksək səviyyədə düşünüblər. Təbii ki, bu işdə çox insanın zəhməti var. Ona görə də nəticə göz qabağındadır. Hər kəsi təbrik edirəm. Bakıda görüləcək yerlər çoxdur. Bu dəfə şəhərin bütün görməli yerlərini gəzmək fikrindəyəm”, – deyə Orbakayte əlavə edib.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında