Stas Piyexa: Bu əsrarəngiz şəhərdə klip çəkmək fikrindəyəm

Bakı gözəlliyi ilə hər kəsi heyran edir. Bakı gələcəyin şəhəridir.  Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi Stas Piyexa deyib.
 
2005-2006-cı illərdə belə möhtəşəm göydələnlərin olmadığını bildirən Stas Piyexa ötən müddət ərzində Bakının nağıla bənzədiyini vurğulayıb: “Sizin dənizinizə heyranam. Bu əsrarəngiz şəhərdə klip çəkmək fikrindəyəm. Gözəl mənzərələr klipdə inanılmaz təəssürat yaradacaq. 
“Jara” festivalının sülhün tərənnümü olduğunu söyləyən Stas Piyexa qeyd edib ki, Bakıya dünyaca məşhur estrada ulduzları toplaşıb. Belə gözəl musiqi axşamları yerli və xarici qonaqlara, böyük tamaşaçı auditoriyasına xoş anlar, hədsiz sevinc yaşadır. Bakıda, Xəzərin ecazkar sahilində, “Sea Breeze” istirahət mərkəzi kimi gözəl məkanda təşkil olunan “Jara” bu günədək iştirak etdiyim festivallar arasında öz möhtəşəmliyi ilə seçilir. Musiqi sərhəd tanımır. Biz öz ifamızla insanları sülhə səsləyirik.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında