Valeriya: Azərbaycan milli mətbəxini çox sevirəm

Artıq üçüncü ildir ki, “Jara” festivalında iştirak edirəm. Bu möhtəşəm musiqi hadisəsini səbirsizliklə gözləyirəm. Qeyd etmək istərdim ki, bu festival dünyada ən populyar və möhtəşəm musiqi festivalıdır. İnsanlar çox qonaqpərvərdir. Burada məxsusi atmosfer hökm sürür. Artistlər üçün məkan, fan zona, hər bir detal yüksək səviyyədədir. Özümü evimdəki kimi hiss edirəm. Bakını çox sevirəm.  
 
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində musiqi aləmində Valeriya kimi tanınan Rusiyanın Xalq artisti Alla Perfilova söyləyib.
Azərbaycana tez-tez səfər etdiyini bildirən Valeriya İçərişəhəri, ölkəmizin mətbəxini çox sevdiyini vurğulayıb. O deyib: “Ümumiyyətlə, “Jara”da təmiz nəfəs var. “Sea Breeze” və onun ətrafında– dəniz, günəş, külək, həm də yeni yaradıcı mühit var. Burada tamaşaçılar fəal və emosionaldırlar. Builki festivaldan, əlbəttə daha çox hərarət və həyəcan gözləyirik. Odur ki, biz “Jara” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Bakıya həvəslə gəlmişik”.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında