ABŞ Rusiya şirkətini “qara siyahı”dan çıxarır

ABŞ-ın Prezident Administrasiyası Rusiyanın “Rusal” şirkətinin adının sanksiyalar siyahısından çıxarılması ideyasına baxır.
 
TASS agentliyinin məlumatına görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin CNN televiziyasına açıqlamasında bildirib. S.Mnuçin qeyd edib ki, Tramp Administrasiyası ötən ilin yayında Konqres tərəfindən qəbul edilmiş qanuna tabe olaraq “Rusal”ı sanksiyalar siyahısına daxil etməyə məcbur olmuşdu. “Hədəf “Rusal” şirkətinin əməkdaşları deyildi, hədəf oliqarxlara təsir göstərmək idi”, 
– deyə maliyyə naziri əlavə edib.
Maliyyə naziri daha əvvəl bildirmişdi ki, “Rusal” ­dünyanın alüminium bazarında mühüm rol oynayır. Onun sözlərinə görə, konsernin rəhbərliyi ABŞ hakimiyyətinin tələbləri ilə razılaşıb. Oleq Deripaskinin şirkət üzərində nəzarətdən imtinası ABŞ-ın əsas tələblərindən idi. ABŞ-ın “Kreml məruzəsi”nə adı salınan Oleq Deripaski cari ilin mayında şirkətin Direktorlar Şurasının tərkibindən çıxıb.
ABŞ “Rusal”, həmçinin Oleq Deripaskiyə qarşı aprelin 6-da sanksiyalar tətbiq etmişdi.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında