Cim Mettis: Yüksək səviyyəli ABŞ-Rusiya əlaqələri daimi olmalıdır

ABŞ-ın müdafiə naziri Cim Mettis bəyan edib ki, yüksək səviyyəli ABŞ-Rusiya əlaqələri daimi əsaslarla davam etməlidir. Bu barədə nazir Pentaqonda jurnalistlərlə görüşdə bildirib. Məlumatı TASS verib. 
 
“Mən ABŞ və Rusiya arasında yüksək səviyyəli təmasların bərpa olunmasını tamamilə dəstəkləyirəm. Hər iki ölkə liderlərinin bir-biri ilə danışması çox vacibdir. Bizim kəskin problemlərimiz olan ölkələrlə danışmağımız daha çox lazımdır, – deyə Mettis qeyd edib. – Fikir ayrılıqlarını yalnız danışıqlarla aradan qaldırmaq olar”.
Nazir Amerika-Rusiya münasibətlərini “hərəkətdə olan diplomatiya” adlandırıb. “Demək olmaz ki, danışıqlar asan olacaq, yaxud qısa müddətdə hər şey yoluna düşəcək. Mən həmişə demişəm ki, bizim hazırki siyasətdə diplomatiya öz üzərinə aparıcı rol götürür”. 
Mettisin sözlərinə görə, Moskva və Vaşinqton hətta “soyuq müharibə” dövrünün çətin günlərində belə dövlət başçıları səviyyəsində dialoq aparıb. “Hesab edirəm ki, bu dialoqun vaxtı çoxdan çatıb. Söhbət hazırki Vaşinqton Administrasiyasından getmir, bu dialoq bir neçə il əvvəl başlanmalı idi”. 
ABŞ-ın müdafiə naziri rusiyalı həmkarı Sergey Şoyqu ilə şəxsi görüşünü də mümkün sayır, ancaq bununla bağlı hələ yekun qərar qəbul edilməyib. Bu barədə TASS-a ABŞ hərbi idarəsinin nümayəndəsi Erik Pexon məlumat verib. “Nazir təsdiq etdi ki, belə bir görüşü mümkün hesab edir”. 
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu günlərdə bəyan edib ki, ABŞ lideri Donald Trampla istər Vaşinqtonda, istərsə də Moskvada görüşməyə hazırdır və artıq Trampı ölkəsinə dəvət edib. Ağ evin mətbuat katibi Sara Sanders də deyib ki, Prezident Tramp rəsmi dəvət aldıqdan sonra Putinlə görüşmək üçün Rusiya paytaxtına səfər etməyə və 1 yanvar 2019-cu ildən sonra Vaşinqtonda rusiyalı həmkarını qəbul etməyə hazırdır.
Bu il iyulun 16-da Helsinkidə Rusiya və ABŞ prezidentləri arasında ilk tamformatlı görüş keçirilib. Ona qədər dövlət başçıları yalnız çoxtərəfli görüş meydanlarında təmasda olmuşdular. 
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında