Yunanıstanlı ekspert: Azərbaycanın transfer qiymətlərinə böyük diqqət ayırması təqdirəlayiqdir

Azərbaycanın transfer qiymətlərinə böyük diqqət ayırması, layihələr hazırlaması və vergi sistemində tətbiq etmək üçün davamlı işlər görməsi təqdirəlayiqdir. 
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, bu fikirləri Yunanıstan Milli Gəlirlər Departamentinin beynəlxalq layihələr üzrə əlaqələndirmə qrupunun rəhbəri Katerina Perroun deyib.
 
Onun sözlərinə görə, vergi administrasiyası transfer qiymətlərinə nəzarət mexanizmlərinin yaradılmasını milli vergi qanunvericiliyinə və strateji inkişaf planlarına daxil edib. Bu, həmin sahəyə nəzarət üçün keyfiyyətli mexanizmlərin və prosedurların hazırlanaraq tətbiqi baxımından faydalı olacaq. 
K.Perroun qeyd edib ki, transfer qiymətləri ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası iqtisadi, fiskal, vergi sahəsində inzibatçılığın təkmilləşdirilməsinə və ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasına, vergi nəzarətinin yeni mexanizmlərinin tətbiqinə səbəb olacaq. Layihənin icrası sayəsində həm də Vergilər Nazirliyinin insan resurslarının inkişaf etdirilməsi sahəsində uğurlu nəticələrə nail olunacaq. 
“Hazırda aparılan işlər, xarici tərəfdaşlarla birgə mübadilə imkanlarının genişləndirilməsi, qabaqcıl texnologiyalara açıqlıq öz müsbət nəticələrini göstərəcək. Bununla yanaşı, qlobal iqtisadiyyata inteqrasiyanı genişləndirən Azərbaycanın vergi administrasiyasının transfer qiymətləri sahəsində müəyyən çağırışları nəzərə alması tələb olunur. Transfer qiymətlərinə nəzarət sahəsində böyük təcrübəyə malik Avropa ölkələrinin təcrübəsindən yararlanmaq olduqca vacibdir”, – deyə K.Perroun vurğulayıb.
Xatırladaq ki, 2018-ci ilin əvvəlindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə Dəstək” Tvinninq layihəsinin icrasına başlanmasından 6 aydan artıq müddət ötüb. İndiyədək layihənin icrasında Azərbaycanın tərəfdaşları Yunanıstan vergi administrasiyası və Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzi bu sahədə bir sıra işlər görüblər.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında