ABŞ və Almaniyada meşə yanğınları

ABŞ-ın Kaliforniya ştatının üç dairəsində meşə yanğınları tüğyan edir. 
 
Ştatda fövqəladə vəziyyət elan edilib. Artıq alov şəhərlərə doğru irəliləyir. Alovu söndürərkən bir nəfər həlak olub. Yaxınlıqdakı şəhər və kəndlərdən əhali evakuasiya edilib. Güclü külək və isti hava şəraiti alovla mübarizəyə mane olur.
Almaniyada da meşə yanğınları hökm sürür. Berlin yaxınlığında onlarca hektar meşə ərazisində yanğın getdikcə güclənir. Yaxınlıqdakı kəndin sakinləri artıq evakuasiya edilib.
Yanğınsöndürənlərin sözlərinə görə, meşələrdə İkinci dünya müharibəsindən qalma çoxlu hərbi sursat var. 
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında