Dünyanın ən müasir həbsxanası

Avstraliyada dünyanın ən müasir həbsxanası tikilib. Bildirilir ki, cəzaçəkmə müəssisəsi Sidney şəhərindən 150 kilometr şimalda yerləşir. Bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbə yazır ki, Sesnok şəhərində yerləşən “Hunter Correctional Centre” həbsxanası bir ilə tikilib. Bildirilir ki, dünyanın ən müasir, ən sərt rejimli və təhlükəsizlik tədbirlərinin maksimal səviyyədə olduğu həbsxanada 400 məhbus cəza çəkir.

Məhbuslar qapıları olmayan kameralarda yaşayırlar. Konteynerə bənzəyən bu kameralar 16 sektora malik bölmələrdən ibarətdir. Hər bölmədə 25 məhbus var.

Məhbusların hamısı səhərin erkən saatlarından 17.00-a qədər işləyir, oxuyur, peşə qabiliyyətləri əxz edirlər.

Həbsxana istifadəyə veriləndən bəri orada nəzarətçilərə hücumlar, qaçış cəhdləri olmayıb.

Məhbusların hər biri yaşadığı konteynerdə sensor ekranlı televizorla təmin olunub. O, yüzlərlə telekanal arasında seçdiyi telekanala baxa bilər. Bundan başqa, məhbuslar axşam saatlarında, istirahət zamanı rahatlıqla telefondan istifadə edə bilərlər. Həbsxananın 225 əməkdaşı var.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında