Robotlar təbii fəlakətlərin nəticələrini aradan qaldıracaq

“Hi-news.ru” satının məlumatına görə,  ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Elmi-Tədqiqat Layihələri Agentliyi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına kömək edəcək kiçik robotların istehsalına başlayıb.

Bildirilir ki, “SHRIMP” adlandırılan layihə çərçivəsində hazırlanan robotlar ən kiçikölçülü mexanizmlər olacaq. Həşərat ölçüsündə olan robotlar kifayət qədər sürətlidir, tullana, uça, predmetləri qaldıra və məkanı analiz edə bilir.

“SHRIMP” proqramı 3 sahəyə bölünür: ilk 2 istiqamət robot komponentlərinin və qidalanma elementlərinin yaradılması, 3-cü isə bilavasitə robotların istehsalıdır. Hər bir sahəyə 1 istehsalçı komanda cavabdehdir. Proqramın icra müddəti 3 il təşkil edir və bu vaxt 3 mərhələyə ayrılıb. Robotların yaradılması prosesi zamanı daha yaxşı nəticələrə nail olmaq üçün komandalar bir-biri ilə yarışacaq. Final mərhələsində komandalar birləşərək bilavasitə son məhsulun istehsalı ilə məşğul olacaq.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında