“Qualcomm”un xalis mənfəəti artıb

“İxbt.com” saytının məlumatına görə, informasiya texnologiyaları üzrə ixtisaslaşmış “Qualcomm” şirkəti növbəti rüblük hesabatını dərc edib.

 Bildirilir ki, mobil cihazlar üçün bir kristallı sistemlərin tanınmış tədarükçüsü üçün iyunun 24-də 2018-ci maliyyə ilinin üçüncü rübü yekunlaşıb. Hesabat dövründə şirkətin gəliri 5,6 milyard dollar təşkil edib. Bu, ötən rübün göstəricisindən 6 faiz çoxdur. Ötən rüb şirkətin gəlirlərinin həcmi 5,3 milyard dollara bərabər olub. Bu, 2017-ci ilin üçüncü rübü ilə müqayisədə isə 4 faiz çoxdur ki, həmin dövrdə şirkətin gəlirləri 5,4 milyard dollar təşkil edib. 


Şirkətin əməliyyat gəlirləri 0,9 milyard dollara bərabər olub ki, bu da daha əvvəlki rüb ilə müqayisədə 20 faiz çoxdur. Həmin dövrdə şirkətin əməliyyat gəlirlərinin həcmi 0,8 milyard dollar təşkil edib. 

Şirkətin xalis mənfəəti isə 1,2 milyard dollar olub. Daha əvvəlki rüblə müqayisədə bu göstərici demək olar ki, dəyişməz qalıb. İllik nisbətdə artım isə 41 faiz təşkil edib.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında