Xilasetmə işləri üçün yeni robot hazırlanıb

“Newsru.com” saytının məlumatına görə, İtaliyanın Texnologiyalar İnstitutunun və Almaniyanın Bonn Universitetinin mühəndisləri xilasetmə işlərinin aparılması zamanı müxtəlif vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulan yeni robot hazırlayıblar.

 
“Centauro” adlanan robot 4 ayaqla təchiz edilib. Hər ayağın sonunda polimer qatı ilə örtülən alümin döndərici təkər quraşdırılıb. Bundan başqa, mühəndislərin sözlərinə görə, “Centauro” təkərlər üzərində hərəkət etməklə yanaşı, gəzə və maneələrə dırmaşa bilir.
 
Robotun "gövdə"sində müxtəlif tip manipulyatorları qoşmağa imkan verən adapterli iki əl yerləşir. Robot lidar optik ötürücüsü, "Microsoft Kinect" kamerası, eləcə də müxtəlif istiqamətlərə yönələn bir neçə adi kameralarla təchiz olunub. Qurğunun hündürlüyü 1,5 metr, çəkisi 93 kq təşkil edir. Quraşdırılmış akkumulyatorlar robotu 2,5 saata avtonom işlə təmin edir.  
 
 

Elçin ABBASOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında