Azərbaycan müdafiə naziri "Beynəlxalq Ordu Oyunları-2018"-in açılış mərasimində iştirak edib

Azərbaycanın müdafiə naziri, general-polkonvik Zakir Həsənov Moskva vilayətinin Alabino hərbi poliqonunun "Patriot" hərbi parkında keçirilmiş  “Beynəlxalq Ordu Oyunları-2018" yarışlarının açılış mərasimində iştirak edib. Bu barədə APA məlumat yayıb.

Tədbirdə həmçinin Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın müdafiə naziri general-polkovnik Saken Jazusakov və bir sıra ölkələrin Baş Qərargah rəisləri də iştirak ediblər.

Mərasimdə "Beynəlxalq Ordu Oyunlar-2018" yarışlarında iştirak edən ölkələrin hərbçilərinin paradı keçirilib.

 Açılış mərasimində çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu yarışların iştirakçılarını salamlayıb və  sayca dordüncü dəfə keçirilən Beynəlxalq Ordu Oyunları barədə məlumat verib.

 Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları - 2018" yarışlarında Avropa, Asiya, Afrika və Latın Amerikasının 32 ölksindən olan hərbiçilər iştirak edirlər.

İyulun 28-dən avqustun 11-dək davam edəcək yarışlar Rusiya ilə bərabər Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistan, Çin və İranın poliqonlarında da keçiriləcək.

Yarışlar  "Patriot" hərbi parkında keçirilib.  Beynəlxalq Ordu Oyunlarında ümumilikdə 28 müsabiqə var. Bunlar "Tank biatlonu" , “Dəniz kuboku”, “Birlik döyüşçüsü”, “Snayper sərhədi”, “Artilleriya atəşi ustası”, “PUA heyətlərinin yarışları”, “Silahdüzəldən usta”, “Aviadarts”, “Desant bölüyü, ”Təmiz səma”, “Təhlükəsiz mühit”, “Suvorov hücumu", "Hərbi ralli" və digər müsabiqələrdir. Bu yarışlardan 17-si Rusiya ərazisində, 4-ü Çində, 3-ü Qazaxıstan, Azərbaycan, İran, Ermənistan və Belarusda isə 1 yarış keçiriləcək.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında