Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib

Müraciətdə deyilir ki, vətəndaşa xidmət Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində önəm verdiyi ən mühüm məqamlardandır. Bakı şəhərinin inzibati ərazisində dayanma-durma qaydalarına əməl etməyən sürücülərə qarşı inzibati tədbirlərin görülməsi ilə bağlı səlahiyyətlərin icrası zamanı da bu məqam əsas götürüləcək.

Müraciətdə bildirilir ki, Səlahiyyətlərin icrasına başlamazdan əvvəl zəruri olan prosedurlar icra edilir. “Məqsədimiz heç də ilk başdan sürücüləri dayanma-durma qaydalarına əməl etmədikləri üçün inzibati məsuliyyətə cəlb etmək deyil. Əvvəlcə mütləq şəkildə geniş maarifləndirmə işləri aparılmalıdır ki, artıq bu istiqamətdə də müəyyən layihələr həyata keçirilir. Düşünürük ki, maarifləndirmə işini düzgün qurmaqla, eləcə də sürücüləri vaxtında məlumatlandırmaqla onları yol hərəkəti qaydalarına əməl etməyə sövq etmək mümkün olacaq.”

Bu işdə  ictimaiyyətin də dəstəyinə ehtiyacı olduğunu bildirən Bakı Nəqliyyat Agentliyi  bildiririr ki, məhz ictimaiyyətin dəstəyi və ictimai qınaq sayəsində nəqliyyat sistemində mövcud olan bir çox problemlərin həllinə nail olublar.

“Bakı Nəqliyyat Agentliyi, eyni zamanda bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir birimizə qarşı anlayışlı olmağa səsləyir. Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkət etmək daha rahat, maneəsiz və təhlükəsiz olacaq”—deyə Agentliyin müraciətində bildirilir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında