“Daşkənd” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib

Dövlət Sərhəd Xidməti (DSX) ölkəmizin sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərini müvəffəqiyyətlə davam etdirir.
 
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsində yeni inşa edilmiş “Daşkənd” sərhəd zastavası kompleksinin xidməti istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin növbəti ifadəsi olub.
Yeni sərhəd zastavası kompleksinin açılışı münasibətilə keçirilən mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev ulu öndər Heydər Əliyevin milli inkişaf siyasətini qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək diqqəti sayəsində DSX-nin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradıldığını qeyd edib. Ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin mükəmməl inkişaf yolu keçərək qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirməyə qadir olan hərbi qurum səviyyəsinə yüksəldiyi xüsusi vurğulanıb.
General-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbirdə çıxış edərək sərhədçilərə təbriklərini çatdırıb, onlara uğurlar arzulayıb.
Mərasimdə xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluqçulara mükafatlar təqdim olunub.
Sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavasına baxış keçirib. Qısa müddət ərzində müasir tələblərə uyğun yeni inşa edilmiş sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Zabit və gizir ailələri üçün inşa olunmuş mənzillər, müasir tələblərə cavab verən xüsusi təyinatlı otaqlar, yeməkxana, istirahət guşəsi, təlim şəhərciyi, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana lazımi avadanlıq və vasitələrlə təmin olunub, yol və səkilər asfaltlanıb, ərazidə abadlaşdırma işləri görülüb.
Yerləşdiyi ərazinin xüsusiyyətləri nəzərə alınaraq sərhəd zastavasını fasiləsiz enerji ilə təmin etmək məqsədilə pilot layihə kimi Azərbaycan istehsalı olan günəş elektrik stansiyası quraşdırılıb. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən bu pilot layihənin uğurla gerçəkləşdirilməsi gələcəkdə mürəkkəb relyef şəraitinə malik olan digər ucqar sərhəd zastavalarının da enerji təminatının bərpa olunan enerji mənbələri hesabına həyata keçirilməsi üçün şərait yaradacaq.
Mürəkkəb relyefə malik yüksək dağlıq və meşəlik ərazidə inşa edilən yeni sərhəd zastavasında yaradılan şərait sərhədçilərə ilin bütün mövsümlərində, o cümlədən şaxtalı-boranlı qış aylarında xidmətin daha yüksək səviyyədə təşkilinə imkan verəcək.
Tədbirin sonunda DSX rəisi, general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında