Mətbuat Şurası ilə Udmurtiya Jurnalistlər İttifaqı arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Rusiya Federasiyasının Udmurtiya Respublikasının Jurnalistlər İttifaqı arasında Anlaşma Memorandumu imzalanıb. 
 
Şuradan AZƏRTAC-a bildirilib ki, memorandumda birgə konfransların və qarşılıqlı səfərlərin təşkili, jurnalistika sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, eyni zamanda, media ilə bağlı kitabların nəşri nəzərdə tutulub. 
MŞ sədri Ə.Amaşov bildirib ki, mətbuat xalqların bir-birinə yaxınlaşmasında, dostluq və qardaşlıq ənənələrinin təbliğində mühüm vasitədir və memorandumda nəzərdə tutulan məsələlərin reallaşdırılması bu baxımdan əhəmiyyət daşıyır. 
Udmurtiya Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko deyib ki, sənəd perspektiv əməkdaşlığın daha dinamik formalarının seçilməsi üçün baza rolunu oynayacaq. 
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanla Udmurtiyanın qarşılıqlı əməkdaşlığında elmi və yaradıcılıq müstəvisindəki birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir. O, memorandum çərçivəsində Azərbaycandan Udmurtiyaya, Udmurtiyadan isə Azərbaycana faydalı jurnalist səfərlərinin təşkil olunacağına əminliyini ifadə edib.
Udmurtiyanın Mətbuat və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri vəzifəsini icra edən Nazilə Abaşeva da memorandumun əhəmiyyətindən danışıb.  

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında