Abituriyentlərin nəzərinə: UNEC-i tanı!

UNEC-i abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq üçün  “UNEC-i tanı” layihəsinə start verilib. 
Bu məqsədlə ixtisas seçimi günlərində regionun ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verən universiteti olan UNEC-in qapıları abituriyentlərə açıq olacaq. Layihə çərçivəsində abituriyentlər UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat ala biləcəklər. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.  
Abituriyentlər UNEC-in tələbələrinə yaratdığı imkanlar, xüsusi təqaüd, Avropanın nüfuzlu universitetləri ilə ikili diplom və UDİD proqramları barədə məlumatlandırılacaqlar. Həmçinin təhsil almaq istədikləri ixtisasın tədris olunduğu bina və auditoriyalarla tanış ola biləcəklər. 
Regionlarda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə onları maraqlandıran sualları UNEC-in rəsmi Facebook səhifəsinə ünvanlaya bilərlər. Eyni zamanda müraciətlərini öz facebook səhifələrindən #UNECdənsoruş həştaqi ilə paylaşa bilərlər. Bunun üçün sualı paylaşdıqları post hamı üçün açıq olmalıdır.
Qeyd edək ki, UNEC-ə I, II, IV və V ixtisas qruplarında 20 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir.
Elnarə Ömərova

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında