Beynəlxalq Media Forumunda iştirak etmiş türkiyəli jurnalistlər Bakı təəssüratlarından yazırlar

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və milli mətbuatımızın yaranmasının 143 illiyi münasibətilə iyulun 21-də Bakıda keçirilmiş Beynəlxalq Media Forumunda iştirak edən Türkiyə jurnalistləri ölkəmizə səfərlərinin təəssüratlarını oxucularla bölüşüblər.
 
“Star”, “Yenişafak”, “Yeniakıt”, “Akşam”, “Aksutvhaber” və digər mətbu orqanlarda maraqlı yazılar dərc edilib, forum barədə videomateriallar yayılıb. Jurnalistlər səfər təəssüratlarını sosial şəbəkələrdə də bölüşüblər.
“Yeni akıt” qəzetində mövzu ilə bağlı üç yazı dərc olunub. Yazılarda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdən, forumda müzakirə olunan aktual məsələlərdən bəhs olunur.
Jurnalist Hasan Öztürkün “Yeni Şafak” qəzetində dərc edilən məqaləsində də türkiyəli jurnalistlərin Bakıda keçirdikləri görüşlər, forum barədə məlumat verilir.
Tanınmış jurnalist Emin Pazarcının “Akşam” qəzetində dərc olunmuş “Ayrılırmı könül candan...” adlı məqaləsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Qafqaz İslam Ordusunun rəşadəti, Azərbaycan milli mətbuatının yaranması, eləcə də 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan xalqının Türkiyə dövlətinin yanında olması ilə bağlı fikirlər yer alıb.
Xatırladaq ki, forumda iştirak etmək üçün Türkiyənin 40-dan çox jurnalisti Azərbaycanda olub. 
Sabir Şahtaxtı, 
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında