Ən bahalı kiberməhsul

İnternetdə ən bahalı haker xidməti bankomatlar üçün yaradılmış zərərli proqram təminatlarıdır. İnformasiya təhlükəsizliyi sahəsində ixtisaslaşan “Positive Technologies” şirkətinin mütəxəssisləri bu nəticəyə gəliblər. Xəbəri “Webtekno.com” saytı verib.
 
Məlumata görə, mütəxəssislər internet platformalarında satılan müxtəlif xidmətlərin minimal və orta dəyərini qiymətləndiriblər. Belə qənaətə gəliblər ki, ən bahalı kiberməhsul bankomatlara məntiqi hücumların həyata keçirilməsi üçün yaradılan zərərli proqram təminatıdır. Bu sinfə aid hazır zərərli proqram təminatının qiyməti 1500 dollardan başlayır.
 Mütəxəssilər qeyd edirlər ki, internetdə sifarişlərin əksəriyyəti saytlarda boşluqların axtarışına (36 faiz) və elektron poçt parollarının ələ keçirilməsinə (32 faiz) aiddir. 
Əfsanə ƏHƏDLİ, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında