Amerikalı hərbçilərin nəşi ABŞ-a təhvil verilib

“Reuters” agentliyinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) 1950-1953-cü illər Koreya müharibəsində həlak olan amerikalı əsgərlərin cəsədlərinin qalıqlarını ABŞ-a qaytarıb.
 
Bildirilir ki, əsgərlərin nəşi Şimali Koreyanın Vonsan şəhərindəki hava limanında ABŞ hərbi hava qüvvələrinin təyyarəsinə yüklənib. Təyyarə cəsəd qalıqlarını ABŞ-ın Cənubi Koreyadakı Osan hərbi bazasına gətirib. Məlumata görə, qalıqlar avqustun 1-də buradan rəsmi mərasimlə ABŞ-a göndəriləcək.
Qaytarılan cəsəd qalıqlarının sayı barədə rəsmi məlumat olmasa da, Cənubi Koreya mətbuatı 55 cəsədin qalıqlarının qaytarıldığını yazır.
 
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında