Mark Zukerberq mövqeyini itirib

“Bloomberg” agentliyinin versiyasına görə, “Facebook” şirkətinin  təsisçisi Mark Zukerberq dünyanın ən zəngin insanlarının reytinqində üç pillə geriləyib. O, şirkətinə məxsus aksiyaların dəyərinin kəskin azalması fonunda 17 milyard dollar itirərək sözügedən reytinqdə 3-cü pillədən 6-cı yerə enib.
 
Mənbə qeyd edir  ki, bundan əvvəl iş adamının varidatı 86,5 milyard dollar məbləğində qiymətləndirilirdi, indi isə onun sərvəti 70,6 milyard dollar təşkil edir.
O, dünyanın ən zəngin insanlarının reytinqində amerikalı investor Uorren Baffet, Fransanın “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Arno Bernar və İspaniyanın “İnditex” kompaniyasının  sahibi Amansio Orteqadan geridə olub.
Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında