Rusiya Prezidenti Cənubi Afrikada Rəcəb Tayyib Ərdoğanla görüşüb

Rusiya-Türkiyə əməkdaşlığı genişlənməkdədir. APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda keçirilən BRICS sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.
 
“İkitərəfli münasibətlərimiz genişlənməkdədir. Bu, xüsusən də böhranların nizamlanması sahəsində özünü açıq-aydın göstərir. Mən Suriya böhranını, iqtisadiyyat sahəsini nəzərdə tuturam. İri layihələrimiz plan üzrə reallaşdırılmaqdadır”, - deyə V.Putin bildirib.
Söhbət zamanı liderlər mal dövriyyəsinin artdığını və bir çox sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıblar.  
“İkitərəfli əməkdaşlığımız bütün sahələrdə - hərbi, ticarət, mədəniyyət, turizm, bir sözlə, bütün sahələrdə çox sürətlə inkişaf edir”, - deyə Ərdoğan qeyd edib.  
R.T.Ərdoğan iki ölkə arasında mal dövriyyəsinin və turist axınının daha da artırılacağına əminliyini bildirib:  
“Əminəm  ki, cari ildə Türkiyəyə 6 milyonadək rusiyalı turist gələcək”, - deyə Türkiyə Prezidenti qeyd edib.  

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında