Qırğızıstanda – İssık-Kul vilayətində...

Üçüncü Ümumdünya Köçəri Oyunları sentyabrın 2-dən 9-dək Qırğız Respublikasının İssık-Kul vilayətində keçiriləcək. Oyunların iştirakçıları idmanın 37 növündə medallar uğrunda mübarizə aparacaqlar. Onlardan 16-sı qırğız milli idman növləri, 21-i isə digər köçəri xalqlar üçün ənənəvi növlərdir.
 
Qırğızıstanın “SportAKİpress” portalının Gənclər, Bədən Tərbiyəsi və İdman İşləri üzrə Dövlət Agentliyinin mətbuat xidmətinə istinadla bu barədə yaydığı xəbərdə bildirilir ki, hələlik 44 ölkə öz idmançılarının III Ümumdünya Köçəri Oyunlarında iştirak etməsi üçün sifariş ərizəsi vermişdir.
Artlq Oyunların açılış və bağlanış mərasimlərinə biletlər satışa çıxarılıb. Biletləri Bişkek, Oş və Çolpon-Ata şəhərlərində, habelə Oyunların rəsmi mobil əlavəsi vasitəsilə əldə etmək olar.
Üçüncü Ümumdünya Köçəri Oyunlarının açılış mərasimi sentyabrın 2-də Çolpon-Ata şəhərinin cıdır meydanında keçiriləcəkdir. Böyük bayram vəd edən tədbirdə minlərlə insanın iştirakı gözlənilir: aktyorlar, rəqqaslar, müğənnilər, musiqiçilər, çaparlar... Maraqla gözlənilən yarışları yüzlərlə kütləvi informasiya vasitəsinin nümayəndələri işıqlandıracaqlar.
Ümumi mükafat fondu 26 milyon somdan çox olan Oyunlarda 594 medal–174 qızıl, 173 gümüş və 247 bürünc mükafat oynanılacaq.
Qırğız Respublikasının idman və mədəni həyatında yeni səhifə açmış Ümumdünya Köçəri Oyunları hər iki ildən bir təşkil olunur. Azərbaycanın da fəal iştirak etdiyi birinci Oyunlar 2014-cü ildə təşkil olunmuş, ikinci belə startlar isə 2016-cı il sentyabrın birinci ongünlüyündə İssık-Kul gölü sahilində keçirilmişdir.
 
Həsən HƏSƏNOV, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında