Bakıda “Jara-2018” festivalı başlayıb

İyulun 26-da Bakıda “Jara-2018” festivalı başlayıb. Festivalın birinci günündə əvvəlcə Alekseev, Zara, Emil Qədirov, Saşa Orlov, Elina Çaqa və Andrey Qrizli dueti, Natan, Sofi Kalçeva, Ruslan Sultan və başqalarının ifaları təqdim edilib. Estrada ulduzları ifalarından sonra festival haqqında təəssüratlarını bölüşüb, burada çıxış etməkdən məmnun qaldıqlarını bildiriblər.
Festivalın ilk günü tamaşaçılara xoş anlar yaşadıb. Azərbaycanın Xalq artisti Emin Ağalarovun “Neveroyatnaya”, “Azərbaycan” mahnılarını ifa etməsi, eləcə də onun Stiven Siqalla birgə “Boogie man” ifası alqışlarla qarşılanıb.
Alessandro Safinanın Müslüm Maqomayevin repertuarından “Əbədi mavilik” mahnısını səsləndirməsi, Mariya Novikova ilə dueti tamaşaçıların alqışlarına səbəb olub. 
Sonra tanınmış ifaçılar Tomas Nevergreen, İn Grid, habelə MOZGİ qrupunun çıxışları olub. 
Filip Kirkorovun onu müşayiət edən musiqiçilərlə birgə səhnəyə çıxışı “Jara-2018”in hərarətini daha da artırıb. Dünya şöhrətli ifaçı Bakıya yenidən gəlməkdən, buradakı dostlarını görməkdən çox şad olduğunu bildirib. Qeyd edib ki, “Jara” Beynəlxalq Musiqi Festivalının ömrü uzun olacaq və onun üçün “Jara”nın bir parçası olmaq şərəfdir. 
Festivalın ilk günündə, həmçinin MOT, Artik & Asti, A`Studio, Brandon Stone, DoReDos, LOBODA, Artyom Pivovarov, Yuliya Kovalçuk, Slava, Lyibov Uspenskayanın Nastya Kamenskix ilə dueti, Artur Pirojkov, Timati, Yeqor Krid, Valeriya və başqalarının çıxışları olub. 
Festival çərçivəsində səslənən fikirlərdən biri də “Jara”nın miqyasına görə “Eurovision”dan heç də geri qalmadığı barədə olub. Hər bir tamaşaçı bu festivalda öz ifaçısını və mahnısını tapa bilər. 
Festivalın birinci günündə Yana Çurikova və Nikolay Baskov aparıcılıq ediblər. 
Festival çərçivəsində növbəti günlərdə yaradıcılıq gecələri də keçiriləcək.
Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında