“Sohae” raket-buraxılış meydançası sökülür

“Reuters”in məlumatına görə, Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) şimal-qərb sahilində yerləşən “Sohae” raket - buraxılış meydançasını sökməyə başladığını əks etdirən peyk görüntülərini alqışlayıb. 
 
Məsələyə münasibət bildirən, ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib ki, bu addımlar Şimali Koreya lideri Kim Çen Inın Sinqapurdakı sammit zamanı Trampa verdiyi sözləri tutduğunu göstərir.
“Onlar tamamilə nüvəsizləşdirilməlidir. Cənab Kim buna söz verib, bütün dünya isə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri vasitəsilə bunu tələb edib. Lakin biz cənab Kimin söz verdiyi kimi, mühərrik sınaq obyektlərinin söküldüyü zaman orada müfəttişlərin olmasını istərdik”, – deyə Mayk Pompeo bildirib.
Qeyd edək ki, bu günlərdə dövlət katibi Mayk Pompeo və müdafiə naziri Cim Mettisin Kaliforniyada avstraliyalı həmkarları ilə görüşü zamanı da əsas müzakirə olunan məsələlərdən biri Şimali Koreyanın nüvə təhlükəsi olub. 
“Bu, Şimali Koreya rejiminin verdiyi sözləri yerinə yetirdiyinə dair ilk işarədir. Onlar Koreya müharibəsi zamanı ölən amerikalıların qalıqlarını göndərsə, bu mənə daha çox ümid verərdi. Təsdiq edilə biləcək tam nüvəsizləşdirmə ilə bağlı detallı bir planın olması da daha ümidverici olardı, amma bu da ilk addım olaraq inandırıcıdır”, – deyə, demokrat senator Kristofer Kuns bildirib.
Qeyd edək ki, ötən ay keçirilən sammitdən sonra ABŞ ­Prezidenti demişdi ki, Kim Çen In ona raket mühərriklərinin sınaqdan keçirildiyi raket - buraxılış meydançasının yaxın zamanda dağıdılacağına söz verib. Lakin onların əldə etdiyi razılıqda Şimali Koreyanın nüvə silahları proqramını nə zaman və necə ləğv edəcəyinə və ya mövcud nüvə obyektlərini nə vaxt bağlayacağına dair heç bir məlumat yer almayıb.
Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında