Yüksək keyfiyyətli OLED ekran hazırlanıb

“Samsung” şirkəti yeni yüksək keyfiyyətli OLED ekran hazırlayıb. Yeni displey yaxın vaxtlarda satış üçün dünya bazarına çıxarılacaq. Bu barədə “Webtekno.com” saytı xəbər verib.
 
Məlumata görə, “Samsung” şirkətinin “Samsung Display” bölməsi tərəfindən hazırlanmış yeni OLED ekran təkcə smartfonlarda deyil, avtomobil panellərində, hərbi məqsədlər üçün istifadə olunan mobil cihazlarda, portativ oyun konsollarında və planşetlərdə də istifadə oluna bilərlər. Plastikdən hazırlanmış OLED ekranlar çox yüngül və dözümlüdürlər.
Yeni OLED ekranlar bir neçə dəfə təcrübədən keçirilib. Həmin test nəticəsində ekran ön, arxa və kənar tərəflərdən heç bir zədə almayaraq normal funksionallıq xassələri sərgiləyib. Ekran həmçinin yüksək (71 dərəcə) və aşağı (-32 dərəcə) temperatur testlərindən də keçib. 
Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında