Xərçəng xəstəliyinə qarşı peyvənd kəşf olunub

İsrail alimləri xərçəngin müalicəsində daha bir yeniliyə imza atıblar. “Anadolu” agentliyinin yaydığı məlumatda bildirilir ki, İsrail biotexnik şirkətinin mütəxəssisləri orta hesabla 90 faiz xəstələrdə xərçəngin yayılmasının qarşısını ala biləcək peyvənd kəşf ediblər. 
 
Məlumatda bildirilir ki, yaxın vaxtlarda xərçəng əleyhinə peyvənd nəinki onkoloji xəstələrin müalicəsində, eləcə də profilaktik məqsədlərlə istifadə olunacaq.
Qeyd edək ki, bu peyvənd əsasən qan xərçəngindən əziyyət çəkən xəstələr üçün nəzərdə tutulub. Lakin xəstələr üzərində müsbət təsirini göstərərsə, bütün onkoloji xəstəliklərin müalicəsində tətbiq olunacağı gözlənilir.
Yeni vaksin immun sistemini gücləndirdiyindən orqanizmin təhlükə ilə mübarizə qabiliyyəti daha da artır. Həmçinin sağlam insanlar da özlərini bu peyvənd vasitəsilə xərçəng təhlükəsindən qoruya biləcəklər.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında