İsrail həkimləri xərçəng əleyhinə peyvənd hazırlayıblar

Bu gün dünyanın xərçəng bəlası ilə mübarizəsinin davam etdiyi bir vaxtda hər kəsi bir sual düşündürür. Niyə xərçəng əleyhinə peyvəndlər yoxdur?

Bildirilir ki, İsrail Biotexnik Şirkətinin mütəxəssisləri xərçəng xəstələri üçün peyvənd kəşf edib. Bu peyvənd düz 90 faiz xəstələrdə xərçəngin yayılmasının qarşısını alacaq.

Artıq 2018-ci ildən etibarən xərçəng əleyhinə peyvənd nəinki onkoloji xəstələrin müalicəsində, eləcə də profilkatik məqsədlərlə istifadə olunacaq.

Qeyd edək ki, bu peyvənd əsasən qan xərçəngindən əziyyət çəkən xəstələr üçün nəzərdə tutulub. Lakin xəstələr üzərində müsbət təsirini göstərərsə, bütün onkoloji xəstəliklərin sağaldılmasında da tətbiq olunacağı gözlənilir.

Xərçəng xəstəliyi bədənə yayılanda orqanizm düzgün fəaliyyət göstərmədiyini anlayır, ancaq özünü bərpa etməkdə aciz qalır. Bunun əsas baş verəmə səbəbi odur ki, xərçəngli hüçeyrələr də bədənin öz hüceyrələridir.

Hazırlanmış vaksin isə orqanizmin immun sistemini gücləndirir. Bədənə təhlükə ilə mübarizə aparmağa güc verir. Həmçinin onkoloji xəstəliyə hələ yoluxmayan insanlar da özlərini bu peyvənd vasitəsilə xərçəng təhlükəsindən qoruya biləcəklər.

Ümid edək ki, bu peyvənd milyonlarla insanı əzablı ölümdən qurtaracaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında