Rusiya millisinin üzvü "Monako"da - 30 milyon avro

ÇSKA-nın futbolçusu Aleksandr Qolovin karyerasını Fransada davam etdirəcək. Bildirilir ki, 22 yaşlı yarımmüdafiəçi “Monako” ilə anlaşıb.

Bu barədə “knyazlıq” təmsilçisin prezidenti Vadim Vasilyev məlumat verib. O, Rusiya millisinin üzvünün transferi üçün ÇSKA-ya 30 milyon avro təzminat ödəyəcəklərini bildirib. Gənc futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2014-cü ildən Moskva komandasının heyətində çıxış edən Qolovin meydana çıxdığı 81 qarşılaşmada 9 qol vurub.

Bu, Rusiya tarixində ən bahalı transferdir.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında