Çinin xəbərdarlığından sonra ABŞ şirkətləri geri çəkildi

BBC-nin məlumatına görə, ABŞ-ın üç böyük hava yolları şirkəti Çindən gələn tələbdən sonra Tayvanı müstəqil ölkə olaraq tanımaqdan imtina edib.

“American Airlines”, “Delta Airlines” və “United Airlines” şirkətləri internet saytlarında uçuş nöqtələri siyahısının ölkələr bölümündən Tayvanın adını çıxarıb.

Bu hava yolu şirkətləri yalnız Tayvanın paytaxtı Taybey uçuş nöqtəsi kimi göstərirlər.

Çin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada ABŞ hava yolları şirkətlərinin bu addımı ciddi irəliləyiş kimi qiymətləndirilib.

Qeyd edək ki, Tayvanın müstəqil ölkə olaraq tanınmasına qarşı çıxan rəsmi Pekin bir müddət əvvəl beynəlxalq hava yolları şirkətlərinə xəbərdarlıq məktubu göndərib. Məktubda bu şirkətlərdən “Vahid Çin” prinsipinə sadiq qalmaları tələb edilib. Əks təqdirdə iyulun 25-dən başlayaraq həmin şirkətlərə sanksiyalar tətbiq ediləcəyini bəyan edib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında