Bab-əl-Məndəb boğazından neft transferi müvəqqəti dayandırılıb

“Reuters”in məlumatına görə, Səudiyyə Ərəbistanı Bab-əl-Məndəb boğazından neft transferini müvəqqəti dayandırıb. Bildirilir ki, Səudiyyə Ərəbistanına məxsus 2 neft tankerinin Qırmızı dənizdə Ənsarullah (Husilər) silahlı qruplaşmasının hücumuna məruz qalmasından sonra Bab-əl-Məndəb boğazından xam neft transferi müvəqqəti olaraq dayandırılıb.

 

Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid bin Əbdüləziz əl-Faleh SPA xəbər agentliyinə müsahibəsində deyib: “Bab-əl-Məndəb boğazından xam neft transferi buranın təhlükəsizliyi təmin olunana qədər müvəqqəti dayandırılıb. Ənsarullah silahlı qruplaşmasının xam neft tankerlərinə istiqamətlənən hücumları Qırmızı dəniz və Bab-əl-Məndəb boğazında beynəlxalq ticarət və dəniz nəqliyyatına təsir edir”.

Ölkənin milli neft şirkəti “Saudi Aramco” da Bab-əl-Məndəb boğazından təhlükəsizliyi təmin olunanadək neft nəqlinin müvəqqəti dayandırıldığını təsdiqləyib. “Aramco” bu qərarı neft gəmiləri və ekipajın təhlükəsizliyinin təmin edilməsi, eləcə də ola biləcək neft sızıntılarının qarşısının alınması üçün qəbul etdiyini bildirib.

SPA-nın xəbərinə görə, hücuma məruz qalan gəmilərdən birinə az ziyan dəyib, dənizə neft sızıntısı olmayıb və həmin gəminin ən yaxın zamanda Səudiyyə Ərəbistanı limanına gətiriləcək.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında