Zukerberq 17 milyard dollar itirib

“Facebook” şirkəti  rüblük maliyyə hesabatı və bunun nəticəsində kompaniyanın səhmlərinin ucuzlaşması sosial şəbəkənin yaradıcısı və rəhbəri Mark Zukerberqin mövqelərini sarsıdıb. “Bloomberg”in məlumatına görə, M. Zukerberq təxminən 16,8 milyard dollar itirib. Əgər səhmlərin ucuzlaşması bugünkü ticarət sessiyasında da davam edərsə, iş adamı planetin ən zəngin insanlarının siyahısında 3-cü yerdən 6-cı sıraya enə bilər.

 

“Facebook”un maliyyə direktoru Devid Veyner bildirib ki, şirkət gəlirlərinin ümumi artım tempi 2018-ci ilin ikinci yarısında yavaşlamağa davam edəcək: “Biz gözləyirik ki, üçüncü və dördüncü rüblərdə gəlirlərin artımı əvvəlki dövrlə müqayisədə aşağı olacaq”.

Qeyd edək ki, M. Zukerberq “Bloomberg”in versiyasına əsasən dünyanın ən zəngin adamlarının siyahısında 3-cü yerə iyul ayının əvvəlində yüksəlib. Ayın əvvəlində onun sərvətinin miqdarı 81,6 milyard dollar, 25 iyula qədər isə 86,6 milyard dollar həcmində qiymətləndirilib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında