"Jara"nın Təşkilat Komitəsi: "Zaranın festivala gəlməsinə imkan yaratdıq"

“Jara” festivalının Təşkilat Komitəsi Rusiyanın əməkdar artisti Zaranın tədbirdə iştirakına münasibət bildirib. Təşkilat Komitəsindən APA-ya bildirilib ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq Azərbaycan dövlətinin siyasətinin vacib tərkib hissələrindən biridir.

“Bu barədə dəfələrlə ən yüksək səviyyədə bildirilib. Bizim ölkə dialoq və əməkdaşlığa açıqdır, müxtəlif millətləri və mədəniyyətləri təmsil edən insanları birləşdirən meydançadır. Məlumdur ki, incəsənətlə idman siyasətdən kənar sahələrdir, onlar insanları yaxınlaşdırır, konsolidasiya edir. Bu münasibətlə ölkəmizdə “Avroviziya” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlərin keçirildiyini xatırlatmaq kifayətdir. “Jara” festivalı bu sırada öz layiqli yerini tutub və artıq üçüncü dəfədir paytaxtımızda müxtəlif millətlərin nümayəndələri olan Rusiya şou-biznesinin ulduzlarını toplayır. Milliyyətcə kürd olan müğənni Zara özü ölkəmizə gəlmək istədiyini dilə gətirib. O, bizim qədim mədəniyyətimiz, zəngin tarix və adət-ənənələrimizlə tanış olmaq istəyir. Biz də tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona “Jara-2018” beynəlxalq festivala gəlmək imkanı yaratdıq”, - deyə festivalın təşkilat komitəsinin bəyanatında vurğulanıb.

“Хalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında