“Azərişıq” ASC daha bir neçə xidməti “ASAN”laşdırdı

“Azərişıq” ASC tərəfindən operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə bundan sonra enerji təchizatı sxemini dəyişən (güc mənbəyinin dəyişməsi, bir fazalı təchizat sxemindən üç fazlı təchizat sxeminə və ya əksinə keçid) abonentlərə yeni kodların verilməsi yalnız “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində edilmiş sifarişlər əsasında həyata keçiriləcək. Bununla bağlı RETSİ və ETSİ-lərə xüsusi tapşırıq verilib.
Qeyri-əhali abonent-lərinin istənilən səbəbdən sayğac dəyişdirmə ilə bağlı olan müraciətləri də bu mərkəzlərdə edilmiş sifarişlər əsasında baş tutacaq. Atılan addım elektrik qurğularının şəbəkəyə qoşulması zamanı texniki şərtlərin verilməsində yarana biləcək xoşagəlməz halların da qarşısını alacaq və vətəndaş məmnunluğunu artırmış olacaq. 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında