Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyulun 25-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri” adlı fərdi jurnalist yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 
 
AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə gerçəkləşib. 
Mərasimi Əbülfəs Qarayev açaraq ölkəmizdə milli mətbuatımızın 143 illik yubileyinin geniş tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycan mətbuatı xalqımızın milli şüurunun oyanmasında, milli birliyin, mədəniyyətin və maarifçilik ideyalarının inkişafında müstəsna rol oynayıb. Mətbuatın müasir inkişafından bəhs edən nazir deyib ki, Prezident İlham Əliyev tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir. 
Nazir Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırladaraq bildirib ki, yubiley çərçivəsində müxtəlif tədbirlər təşkil edilir. “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri” adlı müsabiqənin də keçirilməsi bu əlamətdar hadisəyə həsr olunub: “Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. 
Təxminən, son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün bizim gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 iştirak edərək 49 mükafat qazanıb”.
 Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müsabiqə haqqında məlumat verərək bildirib ki, 
31 mətbu orqanından 44 yazı təqdim olunub. Birinci yer üçün 1, ikinci yer üçün 2, üçüncü yer üçünsə 3 və həvəsləndirici mükafat üçün 6 qalibin mükafatlandırılması nəzərdə tutulub. Münsiflər heyətinin yekdil rəyinə əsasən müsabiqənin qalibləri təsdiq edilib. Belə ki, qaliblərə müvafiq olaraq 1000 manat (I yer), 800 manat (II yer), 600 manat (III yer) və 300 manat (həvəsləndirici) pul mükafatı təqdim ediləcək. 
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı  Hikmət Babaoğlu müsabiqənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Natiqlər “Əkinçi”dən başlayan Azərbaycan mətbuatının öz ənənələrini davam etdirərək xalqımızın mədəniyyətinin, adət-ənənələrinin, tolerantlıq dəyərlərinin carçısı olduğunu və bu gün də bu missiyanın davam etdirildiyini vurğulayıblar.  
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında