İranda Su-22 təyyarələrinə quraşdırılan müasir raketlərin sınağı keçirilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 1500 kilometr məsafədən hədəfi məhv edə biləcək raketləri Su-22 təyyarələrinə quraşdıraraq sınaqdan keçirib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı, general Əmirəli Hacızadə təmirdən sonra Su-22 tipli təyyarənin təhvil verilməsi mərasimində deyib.
O bildirib ki, bu təyyarələr iranlı mütəxəssislər tərəfindən təmir olunub, yeni sistemlərlə təchiz edilib. Su-22 tipli təyyarənin bəzi sistemlərində yeni texnologiyalardan istifadə olunub. Görülmüş iş nəticəsində Su-22 təyyarələri “Simurq” tipli dəqiq hədəfi məhv edə bilən raketləri, “hava-yer”, “hava-hava” raketlərini daşıya və hədəfləri məhv edə bilər.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında