Əsəd ordusu Suriyanın şimalında hücuma hazırlaşır

Əsəd ordusu və İranyönlü hərbi dəstələr Suriyanın şimalında növbəti hücuma hazırlaşırlar. Məqsəd hazırda müxalifətin əlində olan şimaldakı Türkməndağı rayonunu ələ keçirməkdir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
 
Qeyd edək ki, sözügedən ərazi “deeskalaziya zonası” hesab olunsa da, Əsəd rejimi indi Türkməndağı yaxınlığına xeyli canlı qüvvə və hərbi texnika toplayıb. 
Suriyadakı silahlı müxalifət qruplaşmalarından birinin rəhbəri İzzət Baldır deyib ki, Türkməndağı rayonu strateji əhəmiyyət daşıyır. Buna görə də Əsəd iqtidarı buranı ələ keçirməyə can atır. Məlumat üçün bildirək ki, Türkməndağı rayonu Suriyanın Ləzkiyə və İdlib vilayətləri arasında yerləşir. Üstəlik, buradan Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay vilayətinə yol açılır. 
İ.Baldır həmçinin bildirib ki, Əsəd tərəfdarları hazırda Türkməndağı yaxınlığında olan Fırınlıq rayonuna da öz hərbi qüvvələrini yeridirlər. Bundan başqa, Suriya hərbçiləri Türkməndağı ilə qonşuluqda yerləşən Ubin və Naciye rayonlarında da cəmləşməyə başlayıblar. 
Sonda İ.Baldır “Anadolu” agentliyinin müxbirinə deyib: “Bura – Türkməndağı rayonu bizim torpaqlarımızdır. Biz doğma torpaqlarımız uğrunda Əsəd ordusu ilə son damla qanımıza qədər vuruşacağıq”. 
M.HACIXANLI, 
“Xalq qəzeti” 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında