Moldova hökuməti qaqauzlarla bağlı qanunun qəbulunu tezləşdirə bilər

Qaqauz elinə xüsusi statusun verilməsi barədə qanun yaxın vaxtlarda qəbul edilə bilər. 
 
Məsələ ilə bağlı artıq Avropa Parlamenti Moldova hökumətini qanunun qəbulunu tezləşdirməyə çağırıb. Bu barədə məlumat Avropa Parlamentinin Beynəlxalq Məsələlər Komitəsinin hazırladığı qətnamə layihəsində yer alıb. Sənədə düzəlişlərin 7 sentyabrda ediləcəyi açıqlanıb.
Qeyd edək ki, Qaqauz eli türk əsilli qaqauzların yaşadıqları bölgədir. Moldova Avropa Birliyi ilə assosiativ üzvlük barədə razılaşma əsasında bu regiona xüsusi status verməyi üzərinə götürüb.
Qaqauzlar Avropa Birliyinin əleyhdarı kimi tanınır. Belə ki, AB-yə assosiativ üzvlük barədə razılaşma imzalanmazdan öncə Qaqauz Elində referendum keçirilmiş və bölgə əhalisinin 98 faizi bu razılaşmanın əleyhinə səs vermişdi. Moldova hökuməti həmin referendumu tanımaqdan imtina etmişdi.
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında