Tibb müəssisəsinə kiberhücum

Sinqapurun ən böyük tibb müəssisəsi olan “SingHealth” xəstəxanası kiberhücuma məruz qalıb. Kibercinayətkarlar 1,5 milyon insanın şəxsi məlumatlarını oğurlamağa nail olublar. Bu barədə “Webtekno.com” saytı xəbər verib.
 
Məlumata görə, kibercinayətkarların əsas məqsədi parlament rəhbərinin şəxsi məlumatlarını oğurlamaq olub. Hücum zamanı hakerlər ölkənin baş naziri Li Syan Luna və bir neçə yüksək vəzifəli məmur da daxil olmaqla 160 min insanın ambulator reseptini ələ keçiriblər. Onlar “SingHealth” şirkətinin tibbi müəssisələrinə 2015-ci ilin mayın 1-dən 2018-ci ilin iyulun 4-dək baş çəkmiş xəstələrin məlumatlarını oğurlayıblar.
Qeyd edək ki, bu hücumun ciddi şəkildə planlaşdırıldığı güman edilir.
Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında