Pakistanda terror

Pakistanın Belucistan əyalətinin paytaxtı Kvetta şəhərində baş vermiş partlayış nəticəsində 22 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.
 
TASS-ın məlumatına görə, partlayış seçki məntəqələrindən birinin yanında törədilib. Xəsarət alanların hamısı xəstəxanalara yerləşdirilib. Polis cinayətkarı tapmaq üçün ərazini mühasirəyə alıb.
Qeyd edək ki, iyulun 25-də Pakistanda parlamentin aşağı palatasına ( Milli Assambleya) ümumxalq səsverməsi keçirilir. Terrorçular isə hər vəchlə seçkiyə mane olmağa çalışırlar.
Xatırladaq ki, iyulun 13-də Pakistanın Mastunq dairəsində baş vermiş terror aktı nəticəsində 130 nəfər həlak olmuşdu.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında