Atıcılığa həvəsi olan gənclərə şad xəbər

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC  atıcılıq kurslarına sənəd qəbulu elan edir. Bu barədə Mərkəzdən məlumat verilib.

Kurslarda yaşı 18-dən başlayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Dərslər fərdi və 30 nəfərlik qrup şəklində keçiriləcək.

Kursun proqramına uyğun olaraq, müdavimlər nəzəri biliklərlə yanaşı, təcrübi təlimlər, silahdan təhlükəsiz davranış qaydaları ilə tanış olacaq, müxtəlif hərəkətli və dayanıqlı hədəflərə pnevmatik və odlu silahlardan praktiki sərrast atış, dəqiq nişanalma və digər təməl bacarıqlarına yiyələnəcəklər.

Müdavimlərin (dinləyicilərin) kurslarda rahat iştirakını təmin etmək məqsədilə dərslər həftənin tək və cüt günləri olmaqla iki növbədə təşkil edilir.

Bir ay nəzərdə tutulmuş kursu  müvəffəqiyyətlə başa vurmuş müdavimlər (dinləyicilər) sertifikatla təmin edilir.

Bir aylıq kurs ödənişlidir, kursun xidmət haqqı qrup şəklində 50 manat, fərdi şəkildə isə 70 manat təşkil edir.

Kursa qəbul olmaq arzusunda olan qız və oğlanlar tələb olunan sənədlərlə ( şəxsiyyət vəsiqəsinin surəti; tərcümeyi-hal və 2 ədəd fotoşəkil) müraciət edə bilərlər. On səkkiz yaşına çatmamış vətəndaşların atıcılıq kursuna qəbulu yalnız onların valideynlərindən birinin və ya himayəçisinin icazəsi ilə həyata keçirilir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında