İqtisadiyyat Nazirliyinin Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirdiyi müsabiqəyə yekun vurulub

İqtisadiyyat Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı KİV nümayəndələri arasında “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda keçirdiyi müsabiqənin nəticələri açıqlanıb.
 
Nazirlik rəsmilərinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün zəmin yaradıb. 
Niyazi Səfərov qeyd edib ki, Cümhuriyyət dövründə Milli Ordu quruculuğu, maarif və mədəniyyət, xaricdə təhsil sahələrində, eləcə də ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm işlər görülüb. Belə ki, o dövrdə neft sənayesi ağır vəziyyətdən çıxarılıb, bir çox infrastruktur layihələri reallaşdırılıb, milli pul nişanları tədavülə buraxılıb, Xəzərdə dəniz gəmiçiliyi inkişaf etdirilib, Azərbaycan Dövlət Bankı yaradılıb. 
İqtisadiyyat nazirinin müavini xatırladıb ki, Cümhuriyyət dövründə başlanılan, amma başa çatdırılmayan bəzi işlər XX əsrin 90-cı illərində müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası tərəfindən həyata keçirilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin hərtərəfli inkişaf modeli Azərbaycan Xalq Cümhuriyyətinin ali arzularının həyata keçirilməsinə gözəl nümunədir. 
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası möhkəm və sarsılmaz təməl üzərində hərtərəfli inkişaf dövrünü yaşayır. Davamlı inkişaf edən Azərbaycan dünyada etibarlı tərəfdaş, beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısı, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, dünya miqyasında əhəmiyyətli tranzit mərkəzidir. 
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək, İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən müsabiqələrdə, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda keçirilən müsabiqədə KİV-in fəal iştirak etdiyini bildirib. O, müsabiqənin təşkilinə görə İqtisadiyyat Nazirliyinə təşəkkür edib.
Azərbaycan Respublikası yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dövlət başçısının ölkəmizdə medianın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayaraq, KİV nümayəndələri arasında belə müsabiqələrin təşkilinin önəmini qeyd edib.
İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri, Müsabiqə Komissiyasının sədri Ayaz Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyəti jurnalist olub. XX əsrin əvvəllərində fəaliyyət göstərən demokratiyayönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşıb, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ ediblər. 
Sonda  qaliblərə diplom və mükafatlar təqdim edilib. 
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında