Nəsimi məktəbliləri Qəbələdə “Sərhədçi” yay düşərgəsində dincəlmişlər

Nəsimi Rayon İcra Hakimiyyəti ərazidə yaşayan aztəminatlı, kimsəsiz, Qarabağ müharibəsi iştirakçısı və şəhid ailələrindən olan uşaqların yay tətili günlərini səmərəli və maraqlı keçirməsi üçün onları nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində Şəki Sərhəd Dəstəsinin “Laza” zastavasının bazasında “Sərhədçi” yay istirahət düşərgəsinə göndərmişdir.
 
Rayonun bir qrup yuxarı sinif şagirdinin ənənəvi olaraq Dövlət Sərhəd Xidməti ilə birgə yaradılan düşərgəyə yola salınması münasibətilə keçirilən çal-çağırlı mərasimdə Nəsimi RİH-in başçısı Asif Əsgərov Azərbaycan dövlətinin humanist ailə və uşaq siyasətindən, ölkəmizdə gənc nəslin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması ilə bağlı həyata keçirilən layihələrdən, rayonda bu yöndə görülən işlərdən söz açmışdır. Rayon rəhbəri məktəblilərə hərbi-vətənpərvərlik düşərgəsində mənalı istirahət, gələcək əsgəri xidmət üçün gərəkli bilik və vərdişlər qazanmağı arzulamışdır.
Valideynlər övladlarının sağlam və bilikli böyümələri, onların istirahət və əyləncəsi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci ­vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Məktəblilər ümummilli lider Heydər Əliyevin rayon ərazisindəki abidəsi önünə çiçək dəstələri düzüb, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra Qəbələ rayonunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşmüşlər.
“Laza”da olduqları günlərdə uşaqlar füsunkar təbiətin qoynunda gen-bol dincəlmiş, müxtəlif idman oyunları və müsiqili-əyləncəli tədbirlər keçirmişlər. Zastavanın bazasındakı müxtəlif silahlarla, hərbi texnika ilə yaxından tanış olan yeniyetmələr sərhəd xidməti qaydalarına və vərdişlərinə bələd olmuşlar. Onlar bu mövzuda çəkilmiş bədii və sənədli filmlərə də baxmış, sərhədçilərlə birgə müzakirələrdə iştirak etmişlər. Nəsimili uşaqlar Qəbələ və Şəki rayonlarının tarixi, gəzməli və görməli yerlərində, mədəniyyət ocaqlarında, “Qəbələnd” İstirahət Mərkəzində ekskursiyalarda da olmuş, Qəbələ Mədəniyyət Mərkəzi ilə birgə konsert proqramları təşkil etmişlər.
“Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsinin 10 günlük fəaliyyəti də təntənəli mərasimlə başa çatmışdır. Nəsimi RİH-in və DSX-nin məsul şəxsləri uşaqlar üçün növbəti hərbi-vətənpərvərlik layihəsinin uğurla gerçəkləşdirildiyini qeyd etmiş, müxtəlif yarışların qaliblərinə mükafatlar, məktəblilərə xatirə hədiyyələri təqdim olunmuşdu.
R.TAHİR, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında