Şimali Koreya nüvə poliqonlarını ləğv etməyə başlayıb

Şimali Koreya qitələrarası ballistik raketlərin sınağını keçirdiyi Soxe poliqonunu ləğv etməyə başlayıb. Bu barədə KXDR-in nüvə proqramını izləyən “38 North” təhqiqat qrupunun hesabatında bildirilir. Məlumatı “Lenta.ru” verib. 
 
Məlumatda qeyd edilir ki, iyulun 20-də aparılmış çəkilişlər istehsal kompleksinin söküldüyünü göstərir. Peykdən çəkilmiş şəkillərdən görünür ki, Şimali Koreya artıq raket-nüvə sınaqları üçün lövhəni və təsərrüfat binasını sökməyə başlayıb. Ancaq iki yanacaq bunkeri və qaraj yerində qalmaqdadır. 
Hesabatı hazırlayan amerikalı ekspertlər hesab edirlər ki, Soxe KXDR-in əsas nüvə poliqonudur. “Xvason-15” qitələrarası ballistik raketlərin sınağı burada keçirilib. 
Xatırladaq ki, bu ilin mayında Pxenyan Punqeri nüvə poliqonunun bağlandığını elan edib. Bununla belə, ABŞ kəşfiyyatının məlumatları göstərir ki, buradakı meydan hələ istismara yararlıdır və onun bağlanması haqqındakı qərar asanlıqla dəyişdirilə bilər. 
Dünən Cənubi Koreya Prezidenti Administrasiyasının nümayəndəsi də təsdiq edib ki, KXDR Soxe raket sınağı poliqonunda əsas obyektləri söküb və bu, Pxenyanın Koreya yarımadasının nüvəsizləşdirilməsinə çalışdığını göstərir. “Bu, yəqin ki, regionda nüvə silahlarının ləğvi prosesinə müsbət təsir edəcək. Bu, hər halda heç nə etməməkdən yaxşıdır və biz hesab edirik ki, Şimali Koreya nüvəsizləşmə istiqamətində addım-addım irəliləyir”.
Qeyd edək ki, bir müddət əvvəl Vaşinqtonda yerləşən və Con Hopkins Universitetinin nəzdində olan “38 North” adlı təhqiqat qrupunun yaydığı hesabata əsasən, KXDR raketdaşıyıcıların yığılması üçün istifadə olunan binanın sökülməsi işləri ilə məşğuldur. Eyni zamanda, yaxınlıqdakı ballistik raket motorlarının sınağı meydanı da sökülür.  
Soxe (Tonçxanni) sınaq poliqonu həm də kosmodrom adlandırılır. O, Çinlə sərhəd yaxınlığında, Pxenyandan 200 kilometr şimal-qərbdə və Yonbendəki böyük nüvə mərkəzindən 70 kilometr qərbdə yerləşir. 2016-cı ilin fevralında Soxe poliqonundakı meydandan “Kvanmenson-4” (“Parlaq ulduz-4”) peykli raketdaşıyıcısı buraxılmışdı.
Bu il iyunun 12-də isə Sinqapurda ABŞ və KXDR liderləri Donald Tramp və Kim Çen In arasında görüş keçirilmiş, Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı sənəd imzalanmışdı. 
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında