İspaniya 800 miqrantı xilas edib

Son iki gündə ispaniyalı xilasedicilər Aralıq dənizində Avropa İttifaqı ölkələrinə  gəlmək istəyən təxminən 800 miqrantı xilas ediblər.  Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb. 
 
Məlumatda sonra qeyd edilir ki, İspaniyanın sahil təhlükəsizlik xidmətinin əməkdaşları miqrantları Cəbəllütariq boğazı və Alboran dənizində batmaqda olan qayıqlardan çıxarıblar.
Yeri gəlmişkən, Afrika qitəsində, Suriya, Əfqanıstan və digər ölkələrdəki müharibə və yoxsulluqdan qaçaraq daha yaxşı həyat axtarışında Avropaya gələn miqrantlar artıq İtaliya əvəzinə ­İspaniyaya üz tuturlar.
İtaliyaya bundan öncə çox sayda miqrant gedib. Bu ölkənin Liviya ilə əldə etdiyi yeni razılığa əsasən İtaliya sığınacaq ərizələrinə baxmadan miqrantları geri göndərir.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı bildirir ki, bu il Şimali Afrikadan İspaniyaya 18 min insan gəlib.
M. HACIXANLI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında