Filippində müsəlmanlara muxtariyyət verilir

Filippin parlamentinin Nümayəndələr Palatası yeni qanun layihəsi qəbul edib. Qanun Mindanao əyalətinin bir sıra rayonlarına muxtariyyət verilməsini nəzərdə tutur. 
 
“Anadolu” agentliyinin yaydığı məlumatda bildirilir ki, müsəlman moro xalqının sıx yaşadığı regiona genişləndirilmiş muxtariyyətin verilməsini nəzərdə tutan “Banqsamoro regionuna muxtariyyətin verilməsi haqqında” qanun layihəsi təsdiqlənmək üçün Filippin Prezidenti Rodriqo Duterteyə təqdim edilib.
Moro İslam Azadlıq Cəbhəsi 40 ilə yaxındır Filippin hökumətinə qarşı mübarizə aparır. 120 mindən çox insan bu silahlı qarşıdurmanın qurbanı olub. 2014-cü il martın 27-də tərəflər arasında sülh sazişi imzalanıb. Həmin razılaşmaya əsasən, Mindanao adasının cənub hissəsi muxtar region olacaq.
Cari ilin aprelində isə Prezident Rodriqo Duterte bildirmişdi ki, Mindanao adasının cənub hissəsinə muxtar region statusunun verilməsini nəzərdə tutan qanun layihəsi may ayının sonunadək təsdiqlənməzsə, istefa verəcək.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında