Çində robotlaşdırılmış qayıqların istehsalına başlanılıb

Çin hökuməti süni zəkaya malik sualtı qayıqların istehsalına başlayıb. 
 
“XLUUV” adlanan sualtı qayıqlar çətin tapşırıqların yerinə yetirilməsi, o cümlədən kəşfiyyat, minalama və düşmən gəmilərinə nəzarət üçün nəzərdə tutulub.  Bu barədə “Webtekno.сom” saytı xəbər verib.
 Məlumata görə, süni intellektli gəmilər öz işini pilotlu sistemlərlə koordinasiya edəcək və insanlar tərəfindən qəbul olunacaq qərarları yerinə yetirəcəklər. Hazırkı süni zəkaya malik gəmilərin hərəkət imkanları məhduddur, ölçüləri adi gəmilərə uyğundur və onlar dizel-elektrik mühərrikləri ilə təchiz olunublar. 
Qeyd edək ki, robotlaşdırılmış qayıqların 2020-ci ildən sonra istifadəyə veriləcəyi gözlənilir. Həmçinin bu qayıqların Cənubi Çin dənizində və Sakit okeanın qərb hissəsində yerləşdirilməsi nəzərdə tutulur. 
Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında