Yaponiyada görünməmiş istilər

Artıq bir neçə həftədir ki, Yaponiyada görünməmiş istilər hökm sürür. “Kyodo”nun verdiyi məlumata görə, ölkə tarixində ilk dəfə olaraq Tokio yaxınlığındakı Kumaqaya şəhərində 41,1 dərəcə isti qeydə alınıb. Bu 2013-cü ildəki rekordu təzələyib. O vaxt 41 dərəcə isti qeydə alınmışdı. 
 
İsti və anomal hava şəraiti nəticəsində 65 nəfər ölüb, 22,6 min nəfər xəstəxanaya yerləşdirilib.
“The Japan Times”in yazdığına görə, sinoptiklərin proqnozuna görə, isti və anomal hava şəraiti iyulun 26-dək davam edəcək. Nəşrin yazdığına görə, isti hava şəraiti nəinki yaşlı adamlara, gənclərə və məktəblilərə də pis təsir edir.
 Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında