FHN Nabranda itən və sonradan tapılan azyaşlı ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunun Nabran qəsəbəsində itkin düşən və sonradan tapılan azyaşlı ilə bağlı məlumat yayıb. 
 
FHN-dən AZƏRTAC-a bildiriblər ki, məlumatda iyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarının başa çatdığı, onun axtarış aparılan ərazidə tapılaraq aidiyyəti üzrə təhvil verildiyi qeyd olunub.
Qeyd edilib ki, axtarışlara FHN-in Şimal Regional Mərkəzinin, Mülki Müdafiə Qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin “Mi-17” helikopteri (ümumilikdə 85 nəfər), habelə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və könüllülər cəlb olunub.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında