Vaqif Dərgahlı: Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin “çəkdiyi” görüntüləri adi məktəbli də edə bilər

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi “Google Earth” vasitəsilə planetin hər hansı nöqtəsinin görüntüsünü çəkərək, onu erməni ictimaiyyətinə təqdim edə bilər. Eyni yolla da Ermənistan ordusunun göstərilən ərazini nəzarəti altında saxladığını da fotonun aşağısında yazmaq mümkündür. Bu gün hətta adi məktəbli də həmin üsulla internet proqramından istifadə edərək istənilən ərazinin surətini çıxarıb onu sosial şəbəkələrdə paylaşa bilər. 
 
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vagif Dərgahlı bildirib. 
“Zarafatı bir kənara qoysaq, Arsruna afərin ki, bizə növbəti dəfə azad etməli olduğumuz oriyentirləri dəqiq göstərib”, – deyə V.Dərgahlı vurğulayıb. 
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsrun Hovannisyan bu günlərdə “Facebook”dakı səhifəsində paylaşdığı fotoları Ermənistan mövqelərindən özünün çəkdiyini, həmin görüntülərin guya Ordubad şəhərinə və ətraf kəndlərə aid olduğunu iddia etmişdi.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında